06.11.2015 / 16:22 xeber –
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-dəMilli Məclisə keçirilən seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.
APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, 54 sayı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Elza Qasımova (Seyidcahan) bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyini iddia edərək MSK-ya şikayət edib.
A. Muxtarova bildirib ki, şikayət aidiyyəti qaydalar pozulmaqla MSK-ya göndərilib və buna görə də baxılması üçün müvafiq dairə seçki komissiyasına təqdim olunmalıdır. MSK şikayətin DSK-ya göndərilməsi barədə qərar verib.
mənbə :
lent.az