İçeriğe geçmek için "Enter"a basın

Dənizdə itkin düşən 2 balıqçının meyitinin axtarışları hələlik nəticə verməyib

06-11-2015

16:12 xeber – Noyabrın 4- də Xəzər dənizinin Xaçmaz ərazisində itkin düşən 3 balıqçıdan 2-sinin – Xaçmazın Uzunoba kənd sakini İlqar Daşdəmirov və Tikanoba kənd sakini Laçın Laçınovun meyiti hələ də tapılmayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in xəbərinə görə, ötən gün digər balıqçı Həmzəbəy Nurəddinovun meyiti Şabran ərazisində tapılıb ailəsinə təhvil verilsə də bu iki balıqçının ailəsi hələ də yol gözləyir. Fövqəladə Hallar Nazirliyinin Xaçmazdakı şimal regional mərkəzindən aldlğımız məlumata görə, bu gün hava bərk küləkli olduğundan FHN-nin Aviasıya dəstəsinin helikopterinin və dalğıcların suya girməsi mümkün olmayıb. Əgər sabah hava şəraiti əlverişli olsa, axtarışlar davam etdiriləcək. Xatırladaq ki, 3 balıqçı noyabrın 4-ündə Xəzər dənizinin Xaçmazın Niyazabad kəndi istiqamətində itkin düşüblər. Dənizə balıq tutmaq niyyəti ilə gedənlərlə həmin gün qəfil əsən küləkdən sonra əlaqə saxlamaq mümkün olmayıb. İtkin düşənlərin hər 3-ü Xaçmaz rayon sakinidir.

İtkin balıqçıların qohumları yol gözləyir


mənbə :
anspress

Denizde itkin düşen 2 balıqçının meyitinin axtarışları helelik netice vermeyib