İçeriğe geçmek için "Enter"a basın

Allahşükür Paşazadə beynəlxalq islam təşkilatının məclis üzvü seçilib

06-11-2015


06.11.2015 / 16:12 xeber –

Noyabr 4-5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak etmək üçün Livanın paytaxtı Beyrut şəhərində səfərdə olub.

 

QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şeyx həmin məclisin 50 üzvündən biri seçilib. Şeyxülislam A.Paşazadə çıxışında islam aləminin üzləşdiyi problemlər qarşısında islam həmrəyliyi, islami birliyin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb.

Dağlıq Qarabağ probleminə toxunan A.Paşazadə alimləri ermənilər tərəfindən işğal olunmuş ərzilərimizdə islami abidələrin, məscidlərin və ziyarətgahların dağıdılmasını pisləməyə çağırıb.

İclas əsnasında Şeyxin  təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə, görkəmli islam alimləri ilə ikitərəfli görüşləri olub.

Livana səfəri çərçivəsində Şeyxi ölkə parlamentinin sədri Nəbih Birri qəbul edib. Görüş zamanı N.Birri Azərbaycanda son günlər keçirilmiş parlament seçkilərini yüksək qiymətləndirib və seçkilərin demokratik şəkildə keçməsini vurğulayıb.

Azərbaycanda Livan kimi çoxkonfesiyalıq sahəsində oxşarlığın olması, Azərbaycanda məzhəblər və dini konfesiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu həmsöhbətinin diqqətinə çatdıran Şeyxülislam bu birliyin başqa ölkələr üçün nümunə olduğunu xüsusi vurğulayıb.

Görüşdə İdarə sədrinin birinci müavini Hacı Salman Musayev və Xarici Əlaqələr Şöbəsinin müdiri M.Payızov iştirak ediblər.

 

mənbə :
lent.az

Allahşükür Paşazade beynelxalq islam teşkilatının meclis üzvü seçilib