06.11.2015 / 15:43 xeber –
Noyabrın 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Filip Stalderi qəbul edib.
Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DGK sədri Aydın Əliyev Azərbaycan və İsveçrə arasında əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirərək gələcəkdə gömrük xidmətlərinin qarşılıqlı münasibətlərində əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırıb.
Respublikamızda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edən İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Stalder ölkəmizdə hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. İki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir F.Stalder ölkəsinin bütün sahələrdə, o cümlədən gömrük sferasında Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Bakı şəhərində yerləşən Avropa Regional Ofisinə isveçrəli mütəxəssis-Roger Hermanın rəhbərlik etməsini dilə gətirən isveçrəli diplomat iki ölkənin uyğun qurumları arasında əlaqələrin gələcək perspektivlərindən də bəhs edib.
mənbə :
lent.az