İçeriğe geçmek için "Enter"a basın

Peyğəmbəri təhqir edən jurnal Rusiyaya ilişdi - FOTO

06-11-2015

15:27 xeber – Fransanın həftəlik satirik jurnalı olan “Charlie Hebdo” yenidən dünyanı sarsıdan hadisənin karikaturasını çəkib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, budəfəki mövzu oktyabrın 31-də baş verən və təyyarədəki 224 sərnişin və ekipaj üzvünün hamısının həlak olduğu A321 təyyarə qəzasıdır.

Müəlliflər faciəvi hadisə ilə bağlı 2 karikatura çəkiblər. Bunlardan birində İŞİD terrorçusu təsvir edilir. Onun üzərinə partlayan təyyarənin qırıntıları, sərnişinlərin əşyaları, insanlar tökülür.

Karikaturaya isə belə bir şərh verilir: “İŞİD: Rusiya aviasiyası yenə bizə qarşı bombardmanı gücləndirib”.


“Chalie Hebdo”nun A321 qəzası ilə bağlı karikaturası

İkinci karikaturada isə kəllə sümüyü təsvir edilib və həmin kəllə sümüyünün “düşüncələri” yazılıb: “Kaş ki, milli aviaşirkətlə deyil, “Air Cocaine” aviaşirkəti ilə uçardım”.

Burada Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin adının hallandığı kokain qaçaqmalçılığı məsələsinə işarə edilir.

Belə ki, 2013-cü ilin mart ayında Dominikan Respublikasında “Air Cocaine” adlı əməliyyat gedişində 2 fransız pilot həbs edilib. Onların idarə etdiyi təyyarədə 700 kiloqram kokain tapılmışdı. Avqust ayında məhkəmə onlara 20 illik həsb cəzası verib.

Daha sonra məlum olub ki, Sarkozi də 3 dəfə həmin təyyarənin xidmətlərindən istifadə edib. Buna görə onun telefon danışıqları da dinlənilmişdi.


“Chalie Hebdo”nun A321 qəzası ilə bağlı ikinci karikaturası

Artıq Rusiya rəsmilərindən “Charlie Hebdo”ya cavab da gəlib. Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini Aleksandr Romanoviç karikatura müəlliflərini sərt tənqid edib, onları “əclaf” adlandırıb.

“Onlar bütün abır-həyalarını itiriblər. Onlar əclafdırlar. Qoy redaksiya böhranda olan zaman onu dəstəkləyənlər məni eşitsinlər”, – deyə Alensandr Romanoviç hiddətlənib.

“Charlie Hebdo” jurnalında bundan əvvəl də faciələrlə bağlı karikaturalar çəkilmişdi. Məsələn, A321 qəzası ilə bağlı nəşrdən əvvəl Türkiyə sahilində azyaşlı miqrant uşağın cansız bədəninin tapılması ilə bağlı iki karikatura yayımlanmışdı.

“Avropanın xristian olduğunun sübutu” başlıqlı yazıda suda batan bir uşaq və suyun üstü ilə gəzən bir adam təsvir edilir. Karikaturada su üzərində gəzən adama işarə edilərək “xristianlar suyun üstü ilə gəzir” yazılıb. Yanında batan uşağa aid yazıda “müsəlman uşaqlar isə suda batır” deyə istehza edilir.

Eyni mövzuda “məqsədə bu qədər yaxın” başlıqlı ikinci karikaturada Türkiyə sahilində meyiti tapılan azyaşlı miqrant Aylin və onun yanında reklam banneri göstərilib. Bannerdə “1 qiymətə 2 uşaq” menyusu” yazılıb.


“Charlie Hebdo” jurnalında miqrantlarla bağlı karikaturalar

İndiyədək “Charlie Hebdo” jurnalı bir çox karikaturaları ilə gündəmdə olub. Jurnal öz işi ilə reallığı satirik yolla tənqid etdiyini bildirsə də, dərc edilən karikaturalar çox zaman insanları hiddətləndirir. Ən səs-küylü qalmaqal isə Məhəmməd peyğəmbərin karikaturası dərc edilən zaman yaranmışdı.

Həmin narazılıqlar fonunda bu ilin yanvar ayının əvvəlində jurnalın redaksiyasına silahlı hücum olmuşdu. Hadisə nəticəsində 12 nəfərin öldüyü deyilsə də, bir çoxları bu hücumun quraşdırma olduğunu bildirilmişdi.

Xüsusilə video çəkənlərin lazımi vaxtda lazımi yerlərdə olması şübhələri daha da artırmışdı. Hətta xərəklərdə aparılanların da əslində hadisə nəticəsində ölmədikləri haqqında şayiələr də yayılmışdı.


Redaksiyaya hücum nəticəsində zərər çəkənlərdən biri

mənbə :
anspress

Peyğemberi tehqir eden jurnal Rusiyaya ilişdi – FOTO