İçeriğe geçmek için "Enter"a basın

"Tualet"in pəncərəsindən qaçan azərbaycanlı tutuldu

06-11-2015

13:53 xeber – Moskva polisi binanın 3-cü mərtəbəsində yerləşən tualetin pəncərəsindən qaçmağa çalışan azərbaycanlını tutub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib. Onun sözlərinə görə, hadisə Narodnovo küçəsində yerləşən binalardan birində baş verib.

22 yaşlı azərbaycanlı silahlı hücümda təqsirli bilinir.

Hələ ki, azərbaycan vətəndaşının adı açıqlanmır və ümumiyyətlə onun hansı hadisədə şübhəli bilindiyi haqqında heç bir açıqlama verilmir. Faktla bağlı istintaq işləri aparılır.


Moskva, Narodnovo küçəsi

İki gün bundan əvvəl də daha bir azərbaycanlı Rusiyada narkotik alveri ilə məşğul olduğuna görə saxlanılıb.

Rusiya polisinin məlumatına əsasən, Vladivostokda Lenin rayonunda pasport qeydiyyatı şöbəsinin əməkdaşı əslən azərbaycanlı olan Özbəkistan vətəndaşından bir qrama yaxın heroin əldə edib. Bu az miqdarda olsa da, lakin, məsuliyyətə cəlb olunmaq üçün əsas olub. Belə ki, hal-hazırda həmin pasport qeydiyyatı şöbəsinin əməkdaşı evdə nəzarət altında saxlanılır.

Polis əməkdaşları heroini satan azərbaycanlını isə həbs edib. Onun yaşadığı ünvanda aparılan yoxlamalar nəticəsində külli miqdarda narkotik vasitələr və pullar aşkar edilərək, ələ keçirilib. Pulların narkotin vasitə satılması nəticəsində qazanıldığı güman edilir.

Həbs olunan azərbaycanlı haqqında məlumatlarda onun Rusiyaya Özbəkistandan gəldiyi, burada bir ilə yaxın sənədsiz yaşadığı və bundan əvvəl də soyğunçuluğa görə ittiham olunduğu aşkar olunub.

Hadisə haqqında məlumat

mənbə :
anspress

“Tualet”in penceresinden qaçan azerbaycanlı tutuldu