İçeriğe geçmek için "Enter"a basın

Kriminal "razborka"da iki nəfər güllələnərək öldürüldü - YENİLƏNİB-3

06-11-2015


06.11.2015 / 12:33 xeber –

Şirvandakı hadisə ilə bağlı cinayət işi başlandı

Daxili İşlər Nazirliyi Şirvan şəhərində törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk edib. Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada ölüb.

 

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.

 

****

 

10:30

 

Bu gecə Şirvan şəhərində 2 nəfərin güllələnərək qətlə yetirilməsi faktı ilə əlaqədar şəhər prorkurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci-maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanılıb. Lent.az-ın məlumatına görə, qətlə yetirilən 32 yaşlı Elvin Nəziyevin və 25 yaşlı Zaur Sarıbalayevin meyiti Patoloji Anatomiya Birliyində müayinə edilir. Hadisə ilə bağlı saxlanılanlar olsa da, atəşin konkret kim tərəfindən açılması məlum deyil.

 

Araşdırmalar davam etdirilir.

 

*****

 

04:12

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi (“razborka”) zəminində baş verib.

 

“Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu və 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu (kriminal aləmdə “krıtıy Elvin” kimi tanınan) qətlə yetirilib.

 

Birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu  meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.

 

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Daha bir neçə nəfərin istintaqa cəlb  olunması gözlənilir.

 

Qeyd edək ki, Sarıbalayev Zaur Vəfadar oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

 

***

 

Şirvan şəhərində silahlı insident baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu  tapançadan açılan atəşlə qətlə yetiriliblər.

 

Baş verən qətl hadisəsi ilə əlaqədar 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.

 

***

 

Şirvan şəhərində qətl hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu ürəyindən güllələnib. O, tapançadan açılan atəşlə qətlə yetirilib.

 

Hadisənin motivləri və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

mənbə :
lent.az

Kriminal "razborka"da iki nefer güllelenerek öldürüldü – YENİLƏNİB-3