İçeriğe geçmek için "Enter"a basın

Rusiya Suriyaya zenit raketləri göndərdi

05-11-2015

23:08 xeber – Rəsmi Moskva Suriyaya yeni zenit raket komplekslərini göndərib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə mətbuata Rusiya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin baş komandanı general-polkovnik Viktor Bondarev xəbər verib.

Rusiya Suriyada zenit raket sistemlərini İŞİD terror qruplaşmasının zərbələrindən qorunmaq üçün yerləşdirib. Viktor Bondarev bildirib ki, Suriyada qırıcı təyyarələr, zenit kompleksləri, bir sözlə müxtəlif silah arsenalı yerləşdirilib. Onun sözlərinə görə, belə bir addım təhlükələrə hazır olmaq üçün atılıb.

“Biz bütün mümkün təhlükələri nəzərdən keçirmişik və buna tam hazırıq”, – deyə general-polkovnik Viktor Bondarev bildirib. Suriyada hərbi texnikanın sayı barədə suala cavab verərkən general deyib ki, hazırda Suriyada Rusiyaya lazım olan sayda 50-dən artıq təyyarə və helikopter var: “Bizə bundan artıq hələ ki, lazım deyil”.


General-polkovnik Viktor Bondarev

Bundan əvvəl ABŞ Rusiyanı Suriyada artilleriya yerləşdirmək niyyətində ittiham edib. Fransa, Böyük Britaniya və NATO Rusiyanın Suriyada hərbi iştirakından ciddi şəkildə narahatdır. Rəsmi Moskva israrla Suriyda quruda əməliyyatlara başlamayacağını bildirir.

“Rusiya Suriyada artilleriya yerləşdirmək barədə qərar qəbul edib. Bu Hama və Homs vilayətlərində vəziyyəti daha da pisləşdirir”, – ABŞ Dövlət Departamentinin nümayəndəsi Victoria Nuland deyib.

Moskva mötədil müxalifətə qarşı hava hücumlarının həyata keçirdiyi barədə ittihamları rədd edir və hədəfinin yalnız İŞİD terror qruplaşmasını olduğunu bildirir. Suriyada hərbi uçuşlara Rusiya aviasiyası sentyabr ayından başlayıb. 4 ildir Suriyada davam edən vətəndaş müharibəsində 250 minə yaxın adam ölüb.


Suriya xəritədə

mənbə :
anspress

Rusiya Suriyaya zenit raketleri gönderdi