22:49 xeber – Hazırda mini-futbolu üzrə Rusiya çempionatının yüksək liqasının “Qərbi Sibir” divizionunda Noyabrskın “Viraj” klubunun şərəfini qoruyan Sərxan Mikailov ciddi cəza ilə üzləşə bilər.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumaına görə, mini-futbolu üzrə Azərbaycan yığmasının sabiq-oyunçusu “Kurqanla” birinci tur matçı zamanı hakimi vurub.
Oktyabrın 31-də Kurqanda keçirilən oyun 6:1 hesabla meydan sahiblərinin qələbəsiylə başa çatıb. Mikailov oyun epizodlarından birində hakimin ona qarşı cərimə zərbəsi təyin etməməsi səbəbindən hakimi vurub.
Sərxan Mikailov
Azərbaycanlı futbolçu rəqiblə top uğrunda mübarizədə iki dəfə yerdə qalsa da hakim Mikailovun özünün qaydaları pozduğu qənaətinə gəlib. Belə qərarla razılaşmayan “Viraj” futbolçusu topu hakimin sifətinə tulladığı üçün qırmızı kartı alıb.
Əsəblərinə hakim olmayan Mikailov meydandan qovulmasından sonra hakimə yumruq zərbəsi vuraraq onu nokdauna salıb.
mənbə :
anspress