05.11.2015 / 22:38 xeber –
Noyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 2015-ci il 2 noyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Ərizəçilərin və digər maraqlı şəxslərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
mənbə :
lent.az