İçeriğe geçmek için "Enter"a basın

Məşhur model "İnstaqram"da izləyicisini biabır etdi - FOTO

05-11-2015

22:35 xeber – Türkiyənin tanınmış modeli sosial şəbəkədə izləyicisini biabır edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, model Dəniz Akkaya sosial şəbəkədə ona çirkin deyən izləyicisnin şəklini paylaşaraq biabır edib. Model “İnstaqram” hesabında qadın izləyicisinin təhqirinə dözə bilməyərək od püskürüb.

“Sizlərlə bir nəfəri paylaşacam. Səhifəmdə gözəlliyini paylaşmaqdan ehtiyat etməyən bu xanım, dünən gecə mən yatan zamanı mənim şəklimin altından mənə çirkin və çəpgöz yazaraq köhnə halımın daha gözəl olduğumu yazıb. Mən də bu cümlələri yazan gözələ girib baxdım, ölçüb biçəndən sonra haqlı olduğumu və dözə bilməyərək sizlərlə paylaşdım”


Dəniz Akkayanın “İnstaqram” hesabı

“Əlbəttə kimsə kimsəni bəyənməyə məcbur deyil, amma ruhun pis olması, mənfi enerjini ətrafa ötürmək, hər yerdə ağzına gələni danışmaq insanın pis qəlbli olmasından irəli gəlir”, deyə model bildirib.

Dəniz Akkayanın izləyicisinə qarşı bu davranışı çox adam bəyənməyib. “O da sənin kimi plastik əməliyyat etsəydi, sənin kimi gözəl görünərdi” yazanlar olub. Modelə çəpgöz deyən izləyici “İnstaqram” hesabını bağlayıb.


Bu şəkilin altından izləyici çəpgöz yazıb

Akkaya aktrisa kimi də tanınır. O, 1997-ci ildə, 20 yaşında ikən “Best Model of the World” müsabiqəsində ən yaxşı maneken seçilib.

2008-ci ildə Türkiyə KİV-i azərbaycanlı milyoner Mübariz Mənsimovun Dəniz Akkaya ilə yaxın münasibətdə olduğunu yazıb. Bunu oxuyan Akkaya əsəblərini cilovlaya bilməyərək, jurnalisti təhqir edib. Əvəzində, “Sabah”ın əməkdaşı onu məhkəməyə verib. İddiaçı tərəf manekenin 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müttəhim kürsüsündə oturan Dəniz Akkaya isə məhkəmədə Mübariz Mənsimovla bağlı danışıb: “Mən jurnalsiti təhqir etməmişəm. Mübariz Mənsimovla dörd aydır xaricdə görüşdüyüm yazılırdı. Bu xəbərlərin yalan olduğunu sübut etmək, pasportuma giriş-çıxış möhürlərinin vurulmadığını söyləmək üçün qəzetin ofisinə getmişdim”.

mənbə :
anspress

Meşhur model “İnstaqram”da izleyicisini biabır etdi – FOTO