İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ" qələbəni əldən verdi (VİDEO, YENİLƏNİB - 4)

05-11-2015

22:12 xeber – “Qarabağ” – “Monako” oyunu 1-1 hesabı ilə başa çatıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ağdam klubu qrup lideri ilə oyunda qələbəni əldən verib. Qurban Qurbanovun komandası oyunda Fransa klubundan üstün görünürdü və bir neçə qol vəziyətini boşa verib.

“Qarabağ” 4 oyundan sonra aktivinə 4 xal yazdıraraq turnir cədvəlində sonuncu yerdə qaldı.

…21:27…

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Monako” oyununda hesab bərabərləşib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Monako”nun oyunçusu İvan Kavalerio Ağdam klubunun müdafiəsində yaranmış boşluqdan istifadə edərək topu tora qovuşdurub.

…21:27…

“Qarabağ” – “Monako” oyununda ikinci hissəyə start verilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, II hissədə də Ağdam klubunun rəqib üzərində üstünlüyü davam edir.

“Qarabağ” klubu hələlik 1:0 hesabı ilə öndədir.

…20:45…

“Qarabağ” – “Monako” oyununda hesab açılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 39-cu dəqiqədə “Qarabağ” hesabda irəli çıxıb. Kapitan Rəşad Sadıqovun ara ötürməsini Samuel Armenteros qolla tamamlayıb.

Matçda birinci hissə başa çatıb. “Qarabağ” fasiləyə qalib yollandı.

…20:03…

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları start götürür.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” evdə meydana çıхacaq.

Ağdamlıların rəqibi yeddi qat Fransa çempionu, Çempionlar Liqasının qalibi olan qrup lideri “Monako” klubu olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq. Görüşü rumın FIFA referisi Pavel Kristian Balay idarə edəcək.

Qurban Qurbanovun komandası Fransadakı məğlubiyyətin (0:1) əvəzini çıxmağa və turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq. Hazırda sonuncu pillədə olan Azərbaycan çempionunun aktivində üç xal var.


“Monako”-“Qarabağ” oyunundan epizod

Avropa Liqası
2015/16 mövsümü
J qrupu, IV tur

5 noyabr
20.00 Qarabağ (Azərbaycan) – Monako (Fransa)
Hakimlər: Pavel Kristian Balay, Mihay Ovidiu Artene, Valentin Qabriel Avraam, Mirça Mihail Qriqoriu (Rumıniya).
Əlavə hakim köməkçiləri: İştvan Kovaç, Radu Marian Petresku (Rumıniya).
Hakim-inspektor: Elmir Pilav (Bsoniya və Herseqovina).
UEFA nümayəndəsi: Stanislav Spejik (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Komandalar oyuna aşağıdakı heyətlə çıxacaq:

“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Maksim Medvedev, Əfran İsmayılov, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov ,Alharbi Əl Jadeyaoui, Samuel Armenteros

Ehtiyat oyunçular: Fərhad Vəliyev, İlqar Qurbanov, Elvin Yunuszadə, Elvin Məmmədov, Miqel Markos Madera , Çumbinyo, Rudell Pupon

“Monako”: Subaşiç, Fabinyo, Karvalyo, Vallek, Raggi, Joao Moutinyo, Bernardo Silva, Pasaliç, Toulalan (k), Traore, El-Şaaravi

Ehtiyat oyunçular: Nardi, Elderson, N’Doram, Ture, Karillo, İvan Kavaleyro, Andzouana

mənbə :
anspress

“Qarabağ” qelebeni elden verdi (VİDEO, YENİLƏNİB – 4)