İçeriğe geçmek için "Enter"a basın

Millimizin baş məşqçisi xəstəxanalıq oldu

05-11-2015


05.11.2015 / 22:07 xeber –

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis bu gün səhər saatlarında Bakıdakı klinikalardan birinə üz tutub.

 

Klinikadan çalışdırıcının uroloji problemlərinin olduğunu bildiriblər. Növbətçi həkimin qeyd edib ki, Prosineçkinin vəziyyəti artıq normaldı və sərbəst gəzə bilir. Bununla belə, məşqçinin gecə klinikada qalacağı məsləhət görülüb.

 

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu əməkdaşımızla söhbətində bildirib ki, Prosineçki ilə mütəmadi əlaqə saxlayırlar və hazırda onun səhhətində ciddi problem yoxdu.

mənbə :
lent.az

Millimizin baş meşqçisi xestexanalıq oldu