İçeriğe geçmek için "Enter"a basın

Giorgi Marqvelaşvili: “Münasibətlərimiz bir çox imtahanlardan keçib”

05-11-2015


05.11.2015 / 21:35 xeber –

 “Ölkələrimiz arasında əlaqələr xoş niyyətli və qonşuluq münasibətlərinə əsaslanır, hansı ki, bu münasibətlər bir çox imtahanlardan keçib. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına böyük dəstək var. Bunun üçün biz Azərbaycan xalqına minnətdarıq".

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili  Azərbaycan prezidenti İlham Əliyev  ilə təkbətək və hər iki ölkənin nümayəndə heyətləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Biz görüşümüzdə  regionda qloballıq nöqteyi-nəzərdən çıxış etdik, sabitlik haqqında danışdıq, stabilliyin əhəmiyyətini vurğuladıq. Biz münaqişələrin sülh yolu ilə həll olunmasının vacibliyini,  bir-birimizin suverenliyini, ərazi bütövlüyünü dəstəklədik. Mən Azərbaycanda keçən parlament seçkiləri münasibətilə cənab İlham Əliyevi  təbrik edirəm. Azərbaycan prezidentinin seçkilərdən sonra ölkəmizə gəlişi böyük əhəmiyyət kəsb edir", Gürcüstan prezidenti çıxışında bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan Avropa və Asiya arasında həmişə bir dəhliz rolunu oynayıb: “Biz nəqliyyat funksiyasına vəfalı olduğumuzu göstərmişik. Bu baxımdan münasibətlərimizi dərinləşdirməyə həmişə hazırıq. Haqqında söhbət etdiyimiz layihələrin perspektivi enerji və nəqliyyat əməkdaşlığının daha da dərinləşdirilməsinə gətirib çıxaracağına əminəm”.

mənbə :
lent.az

Giorgi Marqvelaşvili: “Münasibetlerimiz bir çox imtahanlardan keçib”