İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev: Gündəlikdə duran məsələlər çoxdur - FOTO

05-11-2015

20:56 xeber – Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra prezident İlham Əliyevin gürcü həmkarı Giorgi Marqvelaşvili ilə təkbətək görüşü olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfərinin iki ölkə arasındakı əlaqələriin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Prezidentlərin təkbətək görüşü

Tbilisidə təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin və Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.

Giorgi Marqvelaşvili çoxdandır bu səfərin intizarında olduğunu deyib.

“Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab prezident, mən əminəm ki, sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək”, deyə Marqvelaşvili bildirib.

Prezident İlham Əliyev isə yenidən Gürcüstanda olmağından çox məmnunam olduğunu deyib.

“Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək. Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin”, deyə İlham Əliyev bildirib.


Prezidentlərin geniş tərkibli görüşü

Dövlət başçısı qeyd edib ki, gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur: “İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik”.

Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra İlham Əliyev və Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.

Daha sonra İlham Əliyevin şərəfinə Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib. Dövlət başçıları naharda çıxış ediblər.


İlham Əliyev və Giorgi Marqvelaşvili Birgə Bəyannamə imzalayıb


İlham Əliyevin şərəfinə rəsmi nahar

Həmçinin oxuyun:

İlham Əliyev Gürcüstandadır (FOTO)

İlham Əliyev Gürcüstana gedir (VİDEO)

mənbə :
anspress

İlham Əliyev: Gündelikde duran meseleler çoxdur – FOTO