İçeriğe geçmek için "Enter"a basın

İDEAL-dan ittihamlara cavab

05-11-2015

20:17 xeber – İDEAL parfum və kosmetika mağazalar şəbəkəsi haqqında “Yeni Müsavat” qəzeti və “Musavat.com” saytında yazılmış və daha sonra bir sıra saytlar tərəfindən köçürülmüş “İdeal”da saxta ətirlər satılır” məqaləsinə şirkət münasibət bildirib.

İDEAL-dan ANS PRESS-ə verilən məlumata görə, İDEAL Parfumeriya və kosmetika mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb, hazırda 12 mağazası və 5100 kvadrat metrdən çox ümumi sahəsi ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərir.

Mağazalarda müştərilərə dünyanın 140-dan çox məşhur və eksklüziv brendlərinə məxsus parfum, dekorativ kosmetika və dəri üçün qulluq vasitələri təqdim edilir.

Bildirilir ki, məqalədə yazılanlar tamamilə əsassız, qərəzli hazirlanmiş məlumatlardır.

“Şəbəkəmizdə təqdim olunmuş məhsulların hər biri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş gigiyenik ve uyğunluq sertifikatlarına malikdir”, deyə rəsmi məlumatda qeyd olunur.

İDEAL şirkəti jurnalistlərə də müraciət edib: “Gələn həftə İDEAL şirkəti olaraq jurnalistlər üçün mətbuat konfransı təşkil ediləcək, bütün jurnalistləri tədbirə dəvət edirik. Tədbirin yeri ve dəqiq vaxtı haqqında əlavə məlumat veriləcək”.

mənbə :
anspress

İDEAL-dan ittihamlara cavab