İçeriğe geçmek için "Enter"a basın

'TCF' BOKT-un zərəri 21% azalıb

15-06-2020

[r32]

15 İyun, 2020  13:10 xeber – “TCF” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 132 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 21% azdır.

“TCF” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 132 min manat zərərlə başa vurub.

Bu il yanvarın 1-nə “TCF”in aktivləri 729 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 14% azdır. Bunun 708 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 7,1% kiçilib.

Hesabat dövründə “TCF”in öhdəlikləri 17,2% azalaraq 655 min manata düşüb, balans kapitalı isə 31,6% artaraq 75 min manata, o cümlədən nizamnamə kapitalı 50% artaraq 450 min manata çatıb.

Xatırladaq ki,”TCF” 2010-cu ildə yaradılıb. Onun səhmdarı 100% Tahir Rəhimovdur.



mənbə :
Report.az

‘TCF’ BOKT-un zereri 21% azalib