İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı tələbə Rusiyada qətlə yetirilib, səfirlik məsələni nəzarətə götürüb

15-06-2020

[r32]

15 İyun, 2020  12:47 xeber – İyunun 13-də Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirlik bununla bağlı Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinə rəsmi məktub göndərib.

Məlumatda vurğulanıb ki, iyunun 14-də mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin müstəntiqləri ilə əlaqə saxlanılıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır. İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.

mənbə :
Report.az

Azerbaycanli telebe Rusiyada qetle yetirilib, sefirlik meseleni nezarete goturub