İçeriğe geçmek için "Enter"a basın

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

15-06-2020

[r32]

15 İyun, 2020  12:30 xeber – Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları iyunun 19-da videokonfrans şəklində keçiriləcək sammitdə Rusiyaya qarşı müddəti iyulun 31-də başa çatacaq iqtisadi sanksiyaların daha 6 ay uzadılması ilə bağlı qərar verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasındakı mənbə məlumat verib.

“Məlumdur ki, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər Minsk sazişinin icrası ilə əlaqələndirilir. Liderlərin bu müddətdə ciddi irəliləyiş olmadığı qənaətinə gəlməsi və sanksiyaların daha altı ay müddətinə uzadılması ilə bağlı siyasi qərar verməsi gözlənilir”, – mənbə deyib.



mənbə :
Report.az

Avropa İttifaqi Rusiyaya qarsi sanksiyalarin muddetini uzadacaq