[r32]
15 İyun, 2020 11:20 xeber – Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 4 milyard 206,2 milyon ABŞ dollarına bərabər olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu həcm 16,8% azalıb.
Bu ilin ilk beş ayında Gürcüstanın ixracının dəyəri 1 milyard 235,4 milyon, idxalının dəyəri isə 2 milyard 970,8 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə ixracın həcmində 16,2%, idxalın həcmində isə 17% azalma qeydə alınıb.
Hesabat dövründə qonşu ölkənin ticarət kəsiri 1 milyard 735,4 milyon ABŞ dolları olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,3% təşkil edib.
mənbə :
Report.az
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib