İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda Azərbaycanın Milli Qurtuluş Günü qeyd olunub

15-06-2020

[r32]

15 İyun, 2020  11:10 xeber – Gürcüstanda Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, səfirlik əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, iş adamları və digər şəxslər Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Mərasim iştirakçıları Heydər Əliyevin Rustavi şəhərindəki abidəsini də ziyarət edərək ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

mənbə :
Report.az

Gurcustanda Azerbaycanin Milli Qurtulus Gunu qeyd olunub