İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda koronavirusa yoluxanların sayı 17 mini ötdü

15-06-2020

[r32]

15 İyun, 2020  10:56 xeber – Ermənistanda daha 397 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 17 064-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 285-ə çatıb. İndiyədək 6 276 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 409 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,9 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 435 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

mənbə :
Report.az

Ermenistanda koronavirusa yoluxanlarin sayi 17 mini otdu