İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda koronavirusa yoluxanların sayı 879-a çatdı

15-06-2020

[r32]

15 İyun, 2020  09:45 xeber – Gürcüstanda son sutka ərzində koronavirusa 15 yeni yoluxma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 879-a çatıb. Onların 704-ü sağalıb, 14-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 795, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.



mənbə :
Report.az

Gurcustanda koronavirusa yoluxanlarin sayi 879-a catdi