05.11.2015 / 11:58 xeber –
Qaxda 2014-cü il təvəllüdlü uşaq çayda boğularaq ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün saat 17:00 radələrində Qax rayonun Tanqıt kəndində baş verib.
Kənd sakini Natiq Əsgərovun 2014-cü il təvəllüdlü qızı Ayşən nəzarətsiz qalaraq evin arxasında axan Axmaz çayına düşərək boğulub.
Hazırda Qax rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyitin axtarışlarını davam etdirirlər.
mənbə :
lent.az