İçeriğe geçmek için "Enter"a basın

Xəzərdə yoxa çıxan balıqçının göz yaşardan dramı (YENİLƏNİB)

05-11-2015

11:17 xeber – Ötən gün Xəzər dənizinin Xaçmaz rayonu hissəsində itkin düşən balıqçılardan birinin meyiti tapılıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Həmzəbəy Nurəddinovun cəsədi dənizə çıxdıqları yerdən xeyli aralıda aşkarlanıb. Helikopterlərlə aparılan axtarış nəticəsində meyit Şabran rayonun Çayqaraqaşlı kəndi ərazisində tapılıb.

Saat 10:50
Ötən gün Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçının axtarışları davam etdirilir. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri və aviasiya dəstəsinin helikopteri cəlb olunacaq.

Artıq itkin düşən balıqçıların da adları da açıqlanıb. Bunlar Tikanoba kənd sakinləri Həmzəbəy Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.

Balıqçıların qohumlarının ANS PRESS-ə verdikləri məlumata görə, onların qayıqları sahildən 500 metr aralıda aşkarlanıb.


Hadisə yerində axtarış aparılır.

Bundan başqa məlum olub ki, onlardan biri – İlqar Daşdəmirovun ailəsi daha öncə də belə faciə ilə qarşılaşıblar. Belə ki, onun qardaşı 7 il öncə Yeni il bayramı günü balıqçı qayığı ilə Xəzərdə itkin düşüb.

Dünən günorta saatlarında Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə FHN-ə məlumat veriblər.

Dünən balıqçıların axtarışı ilə bağlı FHN-nin Xaçmazdaki Şimal regional mərkəzindən bildirildi ki, dənizdə qasırğa, küləkli hava müşahidə olunduğundan xilasedici texnikanın dənizə girməsi mümkün olmayıb.

mənbə :
anspress

Xezerde yoxa çıxan balıqçının göz yaşardan dramı (YENİLƏNİB)