İçeriğe geçmek için "Enter"a basın

Rusiyada azərbaycanlıya hökm oxundu

05-11-2015

11:10 xeber – Rusiyada narkotik satan azərbaycanlıya hökm oxunub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Zabaykalye əyalətinin Xilok rayon məhkəməsi narkotik vasitələrin satışında ittiham edilən Azərbaycan vətəndaşını 8 il, İrkutsk vilayətindən olan sahibkarı 11 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Şərqi Sibir nəqliyyat prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məhkəmə həmin şəxslərin 2012-ci ilin noyabrında satış məqsədi ilə Omskdan 3,4 kq narkotik vasitələrin qarışığını sərnişin qatarında Xabarovsk vilayətinə gətiriblər və həmin vaxt onlar Xilok dəmiryol vağzalında saxlanılıblar. Onların gətirdiyi qarışığın tərkibində narkotik vasitə heroin olub.

Bir il əvvəl bu cinayəti törətdikləri üçün cinayətkar qrupun daha iki üzvü üç il müddətinə azadlıqdan məhrum edilib.

Oktyabr ayının 30-da da Rusiyada taksi fəaliyyəti adı altında fəaliyyət göstərib narkotik satan qrup üzvləri saxlanıb. Onlardan biri azərbaycanlı idi.

Həmin şəxslər narkotik vasitələri müştərilərin evlərinə qədər çatırıblar. Onların mənzillərinin axtarışı zamanı da onlardan ümumi çəkisi 700 qramdan çox olnarkotik vasitə aşkar edilərək götürülüb.

Dəstə üzvlərini 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

mənbə :
anspress

Rusiyada azerbaycanlıya hökm oxundu