İçeriğe geçmek için "Enter"a basın

Bakıda əfsanəvi futbolçunun həyatı xilas olundu - FOTO

05-11-2015

11:06 xeber – Əfsanəvi futbolçu və “Qəbələ” klubunun idman direktoru
Toni Adams əməliyyat olunub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Toni Adams həyatının kritik vəziyətində olduğunu deyib. İdman direktoru Bakıda ürəyindən əməliyyat olunub. Bu barədə idman direktoru “Guardian”a danışıb .

“Məşq zamanı ürəyimdə ağrılar hiss etdim. Mənə məsləhət görüldü ki, Bakıda müalicə alım. Həm “Qəbələ” klubunun həkimləri, həm də kardioloq Üzeyir Rəhimov məni müalicə etdilər. Ürəyimə D1%83%D0%BB%D1%8F%D1%80%D0%BD%D0%B0%D1%8F_%D1%85%D0%B8%D1%80%D1%83%D1%80%D0%B3%D0%B8%D1%8F” target=”_blank”> anqioplastik edilib, damarlardan birinin yolu tutulmuşdu. Həkimlər fantastik iş gördülər. Hətta Britaniyada mənim kardioloqum bunu təsdiq edib. Dəqiq deyə bilərəm ki, onlar olmasaydı mən həyatda olmazdım. Kiçik əməliyyat mənim həyatımı xilas etdi. Sizə təşəkkür edirəm və məsləhət görürəm ki, əgər sinənizdə ağrı hiss etdinizsə, dərhal həkimə müraciət edin”

Avropa Liqasının qrup mərhələsində bu gün “Borusiya Dortmund” klubu ilə qarşılaşacaq “Qəbələ” bu matçın son məşqinə çıxıb.


“Qəbələ” Dortmunda oyun öncəsi son məşqinə çıxıb

Roman Qriqorçukun komandası səfərdə “Borusiya Dortmund” ilə qarşılaşacaq.

Bakıda keçirilən ilk görüşdə bu rəqibinə 1:3 hesabı ilə uduzan “Qəbələ” çətin sınaq qarşısındadır. Komandamız bu dəfə də məğlub olarsa, qrupdan çıxmaq şansı minumuma enəcək.


Avropa liqası – C qrupu

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Tony Adams-a İngiltərədə ona görə “əfsanə” deyirlər ki, o “Arsenal” futbol klubundakı 22 illik karyerası ərzində 669 dəfə meydançaya çıxıb.

“Qəbələ” idman direktoru Azərbaycan toyunda da iştirak edərkən öz rəqsi ilə də yadda qalmışdı.

Toni Adams rəqs edir

mənbə :
anspress

Bakıda efsanevi futbolçunun heyatı xilas olundu – FOTO