23:45 xeber – “Monako” Mourinyoya “elçi” düşüb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumaına görə, son günlər gərgin günlər keçirməsinə baxmayaaraq Mourinyo “Çelsi” üçün önəmli şəxs olmağa davam edir.
“Monako”nun ortaqlarından edilən açıqlamada portuqaliyalı baş məşqçi üçün “Çelsi”yə 50 milyon avro təklif etdikləri təsdiqlənib.
İtaliyalı iş adamı Alessandro Proto Londonda “Çelsi”nin rəhbəri rusiyalı iş adamı, milyonçu Roman Abramoviçlə görüşüb və Mourinyo barədə danışıb.
Jose Mourinyo – baş məşqçi
Proto açıqlamasında belə deyib: “Biz Mourinyonu dərhal komandamıza gətirmək üçün 50 milyon avroluq təklif verdik. Amma aldığımız cavab 100 milyon oldu. Məncə, bu br az şişirdilmiş məbləğdir”.
İddiaya görə, təklifin rədd edilməsinə səbəb pulun çoxluğu yox, Mourinyoya “Çelsi” tərəfindən verilən yüksək dəyərdir.
mənbə :
anspress