İçeriğe geçmek için "Enter"a basın

Bina uçdu: 18 ölü, 70 yaralı, 200 nəfər hələ də uçqun altında

04-11-2015


04.11.2015 / 23:05 xeber –

Pakistanın Lahor şəhərində fabrikin damı uçub, nəticədə 18 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli “Nation” nəşrinin məlumatına əsasən, 200 nəfər hələ də uçqun altında qalıb. Hadisə yerinə 160 xilasedici cəlb olunub.

 

Məlumata görə, insident nəticəsində 70 nəfər xəsarət alıb.  

 

Hadisə üç mərtəbəli fabrikdə təmir işləri zamanı binanın dam örtüyü fəhlələrin üstünə uçub.   

mənbə :
lent.az

Bina uçdu: 18 ölü, 70 yaralı, 200 nefer hele de uçqun altında