[r32]
31 May, 2020 22:20 xeber – Almaniya Bundesliqasının 29-cu turunun matçında “Paderborn” “Borussiya Dortmund” komandasını qəbul edib.
“Report” xəbər verir ki, görüş meydan sahiblərinin 1:6 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matçda hesab 54-ci dəqiqədə açılıb. “Borussiya Dortmund”un futbolçusu Torqan Azar topu rəqibin qapısına göndərib. Daha sonra Ceydon Sanço het-trik edib.
İkinci hissənin sonlarında Əşraf Hakimi və Marsel Şmelçer fərqlənib.
“Paderborn” buraxılan toplardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 72-ci dəqiqədə Uve Hyunemayer fərqlənib.
mənbə :
Report.az