İçeriğe geçmek için "Enter"a basın

Putindən Qərbə cavab

04-11-2015

22:10 xeber – Rusiyada ölkə əmlakının xaricdə həbsinə cavab tədbirləri ilə bağlı qanun ölkə prezidenti Vladimir Putin tərəfindən təsdiq edilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qanun 2016-cı il yanvar 1-də qüvvəyə minəcək.

Qanun ilk dəfə Rusiya məhkəməsi tərəfindən xarici dövlətin immunitetinin qarşılıqlı prinsip əsasında məhdudlaşdırılması imkanını nəzərə alır.

Qanunda bildirilir ki, Rusiya məhkəməsinə iddia irəli sürən, araşdırma aparan və yaxud da digər bir fəaliyyətə başlayan xarici dövlət məhkəmə immunitetindən etiraz etmiş hesab olunacaq.

Rusiya Dövlət duması qanun layihəsini oktyabrın 23-də qəbul edib.


Vladimir Putin – Rusiya prezidenti

Bir müddət əvvəl Moskva YUKOS neft şirkətinin səhmdarlarının irəli sürdükləri iddiada uduzduqdan sonra bəzi Avropa ölkələrində Rusiyanın əmlakına həbs qoyulmuşdu.

10 ilə yaxındır davam edən proses barəsində Haaqa məhkəməsi qərar qəbul edib. Məhkəmə “Group Menatep Limited” şirkətinin Rusiyaya qarşı iddiasını yekdilliklə təmin edib.

Məhkəmənin qərarına görə, Rusiya 1991-ci ildə qəbul edilmiş Energetika Xartiyasını pozub və YUKOS şirkətinin aktivlərini müsadirə edib. Keçmiş səhmdarların maraqlarını təmsil edən “Group Menatep Limited” şirkəti itkilərini 114 milyard dollar qiymətləndirib, lakin məhkəmə 50 milyard dollarlıq təzminat barədə qərar çıxarıb.

Həmçinin məhkəmə qərarına görə, Rusiya məhkəmə prosesindən ötrü 65 milyon dollar ödəməlidir.

Rusiya ilə Ukrayna arasında münasibətlər kəskinləşdikdən sonra Avropa dövlətləri Rusiyanı cəzalandırmaq üçün ona qarşı sanksiyalar tətbiq etməyə başladı. Rusiya şirkətlərini Avropadakı fəaliyyəti məhdudlaşdırıldı. Bu isə Rusiya iqtisadiyyatına böyük zərbə vurdu. Putin isə yeni qanun qəbul etməklə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara cavab vermək istəyir. Qərb liderləri Rusiyanın addımlarını – Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq qanunun pozulması kimi dəyərləndirib.


Rusiyanın nəzarət etdiyi ərazilər

Krım hadisələri ilə bağlı

mənbə :
anspress

Putinden Qerbe cavab