İçeriğe geçmek için "Enter"a basın

Gəncədə avtobus qəza törətdi: yaralı var

04-11-2015


04.11.2015 / 21:08 xeber –

Gəncənin şərq çıxacağında, Nizami küçəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü İlkin Cənnətovun idarə etdiyi sərnişin avtobusu qarşıda hərəkətdə olan 1953-cü il təvəllüdlü Sabir Əliyevin idarə etdiyi “Hyunday” markalı avtomobilə çırpılıb.

Qəza zamanı “Hyunday”da olan sərnişin, Goranboy rayon Dəliməmmədli şəhər sakini 2001-ci il təvəllüdlü Gülxar Tanrıverdiyeva xəsarətl alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

mənbə :
lent.az

Gencede avtobus qeza töretdi: yaralı var