İçeriğe geçmek için "Enter"a basın

Tramp Minneapolisə qoşun göndərməyə hazırdır

30-05-2020

[r32]

30 May, 2020  21:39 xeber – Əgər yerli hakimiyyətdən müvafiq sorğu daxil olsa, ABŞ hərbçiləri etirazlarla əlaqədar çox qısa zamanda Minneapolisə göndərilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Florida ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.

“Onlar (yerli hakimiyyət-red) sərt olmalıdır, onlar ağıllı olmalıdır. Bizim hərbçilərimiz hazırdır. Əgər onlar birdən hərbçilərimizin (köməyini-red) istəsələr, hərbçilər həmin ərazidə çox tez ola bilərlər, “, – Vaşinqton administrasiyasının başçısı deyib.



mənbə :
Report.az

Tramp Minneapolise qosun gondermeye hazirdir