İçeriğe geçmek için "Enter"a basın

Bakıda karantin qaydalarına zidd fleşmobun təşkilatçısına cinayət işi açıldı

30-05-2020

[r32]

30 May, 2020  16:09 xeber – Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirilməsinə cəhd edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən “Report”a verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

mənbə :
Report.az

Bakida karantin qaydalarina zidd flesmobun teskilatcisina cinayet isi acildi