İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan prezidenti: “Parlament seçkiləri xalqımızın iradəsini əks etdirir”

04-11-2015


04.11.2015 / 18:50 xeber –

 

“Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunub. Son parlament seçkiləri xalqımızın iradəsini əks etdirir”.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

 

Prezident İlham Əliyev bildirib ki, Milli Məclisə seçkilər şəffaf və ədalətli keçirilib: “Ölkədə inkişafı əngəlləyən amillər, o cümlədən korrupsiya halları aradan qaldırılmalıdır. Buna nail olmaq üçün isə güclü siyasi iradə və ictimai dəstək var”.

mənbə :
lent.az

Azerbaycan prezidenti: “Parlament seçkileri xalqımızın iradesini eks etdirir”