İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda toya hazırlaşanlarda QİÇS çıxdı

04-11-2015

17:13 xeber – İyun ayından bu günə kimi Azərbaycanda nigah daxil olmaq istəyən 65138 şəxs müayinə olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağli tələblər iyunun 1-dən qüvvəyə minib.

Müayinələrin nəticələrinə görə 161 nəfərdə sifilis, 45 nəfərdə HİV 1/2, 4213 nəfərdə QİÇS xəstəlikləri aşkar olunub.

İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər uçun görüşlər təşkil olunub. Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunmuş turlarda, nikaha daxil olmaq istəyən cütlükdən müayinələr uçun toplanan qan nümunələri götürülmüş, ailə sağlamlığının müxtəlif məsələləri haqqında müzakirələr aparılıb.

Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı məqsədi ilə müvafiq şərait yaradılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında ” Qanun və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq fərman imzalayıb.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

mənbə :
anspress

Azerbaycanda toya hazırlaşanlarda QİÇS çıxdı