İçeriğe geçmek için "Enter"a basın

Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakı Sağlamlıq Mərkəzinə göndərilib

25-05-2020

[r32]

25 May, 2020  10:38 xeber –

“İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha məlumat aldım. Dünən onlarla bağlı bir neçə dəfə şəhərə zəng etmişdim. 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilkin yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

“Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır. Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm. Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk”, – A.Mirzəzadə əlavə edib.



mənbə :
Report.az

Mingecevirde qezada xesaret alan usaqlardan biri Baki Saglamliq Merkezine gonderilib