İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda həmkəndilisini qarət edən azərbaycanlı gənc saxlanıldı

25-05-2020

[r32]

25 May, 2020  09:51 xeber –

Gürcüstanın Marneuli rayonunda oğurluqda ittiham olunan 25 yaşlı gənc saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Xuldərə kəndinin 77 yaşlı sakininin evinə daxil olaraq ona fiziki zor tətbiq edib. Gənc evdən 1 600 lari pul (500 ABŞ dolları) oğurlayaraq hadisə yerindən qaçıb. Polis onu hadisədən bir neçə saat sonra Marneulidə saxlayıb. Oğurlanan pul maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsin günahı sübuta yetirilərsə, onu 4 ildən 8 ilədək həbs cəzası gözləyir. 



mənbə :
Report.az

Gurcustanda hemkendilisini qaret eden azerbaycanli genc saxlanildi