İçeriğe geçmek için "Enter"a basın

'Sevilya' futbolçuları karantini pozduqlarına görə üzr istədilər

25-05-2020

[r32]

25 May, 2020  04:55 xeber –

İspaniyanın “Sevilya” futbol klubunun oyunçuları Ever Baneqa, Lukas Okampos, Franko VaskesLyuk de Yonq karantin qaydalarının pozulmasına görə üzr istəyiblər.

“Report” xəbər verir ki, oyunçular tərəfindən yol verilmiş pozuntu faktı Baneqanın xanımı tərəfindən açıqlanıb.

Futbolçunun xanımı oyunçulardan birinin evində şənbə günü keçirilən görüşdə çəkilən fotonu sosial şəbəkələrdə paylaşıb. Fotoda 12 nəfər əks olunub. Halbuki İspaniya hakimiyyətinin qərarına əsasən, həyət evlərində 10-dan çox insanın iştirakı ilə görüşlər qadağan edilib.

Foto artıq KİV-də yayılıb. Futbolçular sosial şəbəkələrdəki səhifələrində buna görə üzr istəyiblər.



mənbə :
Report.az

'Sevilya' futbolculari karantini pozduqlarina gore uzr istediler