İçeriğe geçmek için "Enter"a basın

Avstriya polisi ölkə prezidentini bağlı kafedə tapdı - FOTO

25-05-2020

[r32]

25 May, 2020  00:41 xeber –

Vyana polisi Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belleni və onun xanımı Doris Şmidaueri gecə saatlarında koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqadar məhdudiyyətlərə görə bağlanmalı olan restoranın yay eyvanında tapıb.

“Report” xəbər verir ki, bu barədə polisin hesabatına istinadən “Kronen Zeitung” nəşri bildirib.

Nəşrin məlumatına görə, polis patrulu yerli vaxtla saat 00:20-də “Sole” restoranının eyvanında içki masası ətrafında əyləşmiş qonaqları görüb. Hərçənd hökumətin qərarına əsasən restoran saat yarım əvvəl bağlanmalı və sifarişləri qəbul etməməli idi. Məlum olub ki, qonaqlar Avstriya prezidenti və onun xanımıdır.

Aleksander Van der Bellen və Doris Şmidauer

mənbə :
Report.az

Avstriya polisi olke prezidentini bagli kafede tapdi – FOTO