13:25 xeber – Qusar rayonunda sərnişinlə taksi sürücüsü arasında insident olub. Sərxoş sərnişin sürücünü bıçaqlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in xəbərinə görə, rayon mərkəzindən yaşadığı Aşağı Ləyər kəndinə getmək istəyən 23 yaşlı Saşa Muradov rayonun Balaqusar kənd sakini olan taksi sürücüsü İsgəndər Hacıyevin idarə etdiyi Vaz 2106 markalı avtomobilə əyləşib.Sürücü onu mənzil başına çatdıranda Saşa Muradovla İsgəndər Hacıyev arasında gediş haqqı üstündə mübahisə yaranıb.Nəticədə sərxoş sərnişin taksi sürücüsü İsgəndər Hacıyevin üz nahiyəsinə xəsarət yetirib.Xəstəxanaya müraciət edən taksi sürücüsü İsgəndər Hacıyev Qusar rayon mərkəzi xstəxanasında ilk tibbi yardımdan sonra evə buraxlıb.
Qusar polis şöbəsindən ANS PRESS-ə bildirib ki, Saşa Muradov barəsində CM-nin128- ci (bədənə yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Sərxoş sərnişin Saşa Muradovun ifadələri alınıb. O, hələlik sərbəst buraxlıb. İstintaq davam edir.
mənbə :
anspress