İçeriğe geçmek için "Enter"a basın

Rusiyanın daha bir təyyarəsi yerə çırpıldı: 40-dan çox ölü

04-11-2015


04.11.2015 / 13:23 xeber –

Qəzadan sağ çıxmış 2 nəfərdən biri uşaqdır

 

Cənubi Sudanda Cuba hava limanından havaya qalxan Rusiya təyyarəsi qəzaya uğrayıb. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, “An-12” yük təyyarəsi hava limanından 800 metr aralıda yerə çırpılıb.

 

Sudanın hakimiyyət orqanlarının məlumatına görə, təyyarədə olan 20-yə yaxın adamdan 10-15 nəfəri sərnişinlər, 5 nəfər isə rusiyalı ekipaj üzvləri olub. Qəzadan cəmi iki nəfər sağ çıxıb. Onlardan biri heyət üzvü, digəri isə azyaşlıdır.

 

Qəzadan az sonra hadisə yerində ilkin araşdırmalar zamanı 40-a yaxın cəsəd aşkarlanıb. Təyyarənin düşdüyü ərazidə ölən insanların sayı dəqiqləşdirilir.

 

mənbə :
lent.az

Rusiyanın daha bir teyyaresi yere çırpıldı: 40-dan çox ölü