İçeriğe geçmek için "Enter"a basın

Daha bir Rusiya təyyarəsi qəzaya uğradı

04-11-2015

13:02 xeber – Daha bir Rusiya təyyarəsi qəzaya uğarayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in xarici mətbuata istinadla verdiyi məlumata görə, qəza Cənubi Sudandakı Cuba hava limanında baş verib.

Rusiyaya məxsus yük təyyarəsində qəza havaya qalxdıqdan sonra baş verib.

Təyyarə aeroportdan 800 metr aralıda yerə düşüb. Təyyarədə beşi rusiyalı ekipaj üzvü olmaqla 12 nəfər olub. Rusiyanın Uqanda səfirliyi qəzanın baş verdiyini təsdiqləyib.

“South Sudan Tribune” nəşrinin yazdığına görə, qəza nəticəsində yalnız iki nəfər sağ qalıb. Nəşrin “twitter” hesabında yazılıb: “Cəmi 2 nəfər sağ qalıb, onlardan biri isə uşaqdır”.

“Ria Novosti”-nin məlumatına görə, “An-12″ təyyarəsinin qəzaya uğradığı yerdə 40-dan çox meyid var.

Sentyabrın 31-də Rusiyaya məxsus sərnişin təyyarəsi Sinay yarımdası üzərində qəzaya uğramışdı.

Əksəriyyəti Rusiya vətəndaşı olan 200-dən çox sərnişini daşıyan “Airbus” təyyarəsi Kiprin Larnaki rayonu ərazisində radarlardan yoxa çıxıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.


Qəzaya uğrayan A321 təyyarəsinin qalıqları

Şarm-əş-Şeyx – Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarəSinay yarımdasının şimalında yerləşən Əl-Arişdən 100 km uzağlıqda qəzaya uğrayıb.

Qəzaya səbəb kimi texniki səbəblər göstərilsədə hadisənin terror aktı olması barədə də məlumatlar yayılmışdı.

mənbə :
anspress

Yenə bir Rusiya təyyarəsi qəzaya uğradı