İçeriğe geçmek için "Enter"a basın

Qadına evində hücum edildi

04-11-2015

12:45 xeber – Sabunçu rayonunda naməlum şəxs evə daxil olaraq qadını bıçaqlayıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, hadisə Ramana qəsəbəsi Şuşa şəhərciyində baş verib. Belə ki, naməlum şəxs və ya şəxslər qəsəbə sakini 40 yaşlı Teymurova Aynurə Bərsail qızının evinə soxulublar. Bu zaman xanımla həmin şəxslər arasında mübahisə düşüb. Mübahisə zamanı çağırılmamış qonaq Aynurə Teymurovaya bıçaqla çox saylı zərbələr endirərək hadisə yerindən qaçıb. Yaralının səsinə gələn qohumları onu xəstəxanaya çatdırıblar.

Fakti Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları araşdırır. Hazırda əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışlarını aparır.

mənbə :
anspress

Qadına evinde hücum edildi