İçeriğe geçmek için "Enter"a basın

Avropanın daha bir ölkəsində çempionat ləğv olundu

15-05-2020

[r32]

15 May, 2020  20:52 xeber –

Futbol üzrə Kipr çempionatında 2019/2020 mövsümü bərpa olunmayacaq.

“Report”un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı qərar klubların nümayəndələri ilə bugünkü iclasda qəbul edilib.

Qərara əsasən, çempion və kubokun qalibi elan olunmayıb. Avrokubok iştirakçıları isə turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşib. 43 xalla ilk pillədə yer alan “Omoniya” Kipri Çempionlar Liqasında, “Anortosis”, APOEL və “Apollon” isə Avropa Liqasında təmsil edəcək.

Qeyd edək ki, Avropada daha əvvəl Niderland, Belçika və Fransa çempionatlarında cari mövsüm ləğv olunub.



mənbə :
Report.az

Avropanin daha bir olkesinde cempionat legv olundu