İçeriğe geçmek için "Enter"a basın

Masallıda yanğınla nəticələnən yol qəzası olub, ölən var

14-05-2020

[r32]

14 May, 2020  23:45 xeber -Masallı rayonunun Çaxırlı kəndi ərazisində “KamAZ” və “QAZ” markalı iki yük avtomobili toqquşub.

“Report” FHN-ə istinadən xəbər verir ki, nəticədə “QAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

mənbə :
Report.az

Masallida yanginla neticelenen yol qezasi olub, olen var