İçeriğe geçmek için "Enter"a basın

Yeni müharibə xəbərdarlığı

03-11-2015

20:09 xeber – Almaniya kansleri Angela Merkel Balkan yarımadasında müharibənin başlana biləcəyi haqda xəbərdarlıq edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, alman siyasətçi bunun Avropa Birliyinə üzv ölkələrin miqrantlar üçün sərhədlərini bağlayacağı halda baş verəcəyini qeyd edib.

Angela Merkel bəyan edib ki, əgər Almaniya və Avstriya sərhədləri bağlasa müharibə qaçılmaz olacaq. Bu barədə Almaniyanın “Die Zeit” nəşri xəbər verib. “Mən istəmirəm ki, bu hərbi toqquşmalara gətirib çıxarsın”, – deyə Merkel bildirib.

Merkel həmçinin əlavə edib ki, Avropa Birliyinin ən böyük ölkəsi kimi problemin həllini tapmalıdır: “Mən əminəm ki, biz bu nail ola biləcəyik”.


Angela Merkel

Bir müddət əvvəl Almaniya miqrant axınının öhdəsindən gəlmək üçün Avstriya ilə sərhəd nəzarətini tətbiq etməyi planlaşdırıb. Bu arada, Almaniyanın cənubuna miqrant axını arasıkəsilmədən davam edir, Münhen şəhər rəsmilərinin bildirdiyinə görə, son günlərdə 22 min miqrant şəhərə daxil olub.

Lakin şəhər rəsmilərinin sözlərinə görə, Münhendə miqrantların axını ilə bağlı limit dolub. Serbiyadan Macarıstana keçən miqrantların sayı da rekord həddə çatıb. Şərqi Avropada böhranla bağlı gərginlik davam edir.


Almaniya əksər miqrantların məskunlaşmaq istədiyi ölkədir

Rəsmilərin sərhədi bağlamağa hazırlaşdığı ərəfədə 4000-dən çox insan sərhədi keçməyə imkan tapıb. Avropa, əsasən Suriyadakı zorakılıq və yoxsulluqdan qaçmış miqrant axınının öhdəsindən gəlməyə çətinlik çəkir. Macarıstan miqrantlarla davranışına görə tənqidlərə məruz qalıb.

Miqrant böhranından çıxış yolu Avropa Birliyi ölkələrinin rəhbərlikləri arasında ziddiyyətli mövzuya çevrilib. Almaniya qaçqınlara sərhədini açdığı halda, Macarıstan əksinə onların qarşısını almaq üçün Serbiya ilə sərhəddə tikanlı məftillər qurur. Almaniya kansleri Angela Merkel isə Avropa Parlamentində etdiyi çıxışda qaçqın və miqrant axının qarşısını almaq üçün Avropanın özünü ətraf dünyadan təcrid etməsinin düzgün olmadığını dilə gətirib.


Almaniyaya miqrant yolu xəritədə

mənbə :
anspress

Yeni müharibe xeberdarlığı