19:47 xeber – Tarkanın dayısı parlament seçkilərindən məğlub ayrılıb/
Noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə seçkilərdə şou nümayəndələrindən iki nəfərin yaxın qohumları da iştirak edib. Bunlardan biri Acunun əmisi Mustafa İlicalı, digəri isə Tarkanın dayısı Kamal Köymen idi.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hər iki namizəd xalq arasında daha çox şou-biznesdə təmsil olunan qohumlarının sayəsində tanındıqları üçün KİV-in diqqət mərkəzində idilər.
Tarkan hətta dayısına dəstək məqsədilə konsertlərlə çıxış belə etmişdi. Lakin nəticələr heç də Tarkanın və dayısının gözlədiyi kimi olmayıb. CHP-dən Rizedə namizəd olan Kamal Köymen üçün seçkini uğurlu saymaq olmaz. Belə ki, Rizedə əhali AKP-ni yekdil lider kimi gördükləri üçün CHP-dən həmin dairədən bir millət vəkili belə olmayacaq.
Acun Ilıcalı
Türk şou-biznesinin digər məşhur adı Acunun əmisi isə artıq TBMM-də təmsil oluna biləcək. Erzurumdan millət vəkili seçilən professor Mustafa İlicalı AKP-nin irəli sürdüyü namizəd idi.
Tarkan 1972-ci ildə Almaniyanın Frankfurt yaxınlığındakı “Alzey” qəsəbəsində anadan olub. Atası Ali Tevetoğlunun qərarı ilə 13 yaşında Karamürseldə Klassik Türk Musiqisi üzrə təhsil almağa başlayıb.. Karamürsel Liseyini bitirdikdən sonra Karamürsel Musiqi Cəmiyyətində ardından da Üsküdar Musiqi Cəmiyyətində musiqi savadını alıb. Atası 1995-ci ildə vəfat edib. Anası 3-cü dəfə ailə həyatı qurub.
mənbə :
anspress