İçeriğe geçmek için "Enter"a basın

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişiklik

03-11-2015


03.11.2015 / 19:28 xeber –

Azərbaycan prezidenti İlham Əliyev“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə,Nazirlər Kabinetinə qanunların və Azərbaycan prezidentinin aktlarının “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Müvafiq dəyişikliyə əsasən, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 4.15-ci maddəsində “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə əvəz edilib və həmin maddəyə “qeydiyyata” sözündən əvvəl “xüsusi” sözü əlavə edilib.

mənbə :
lent.az

“Fövqelade hallar orqanlarında xidmetkeçme haqqında” qanunda deyişiklik