İçeriğe geçmek için "Enter"a basın

Elmar Məmmədyarov Fransanın yeni səfirini qəbul edib

03-11-2015


03.11.2015 / 18:40 xeber –

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana  yeni təyin olunmuş səfiri  Aurelia Buşeni qəbul edib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə səfir Aurelia Buşe etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

 

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Səfir Aurelia Buşe diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aurelia Buşeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

mənbə :
lent.az

Elmar Memmedyarov Fransanın yeni sefirini qebul edib